Kanada hökuməti süni intellekt üzrə milli şura yaradır

Kanada hökuməti süni intellekt üzrə milli şura yaradır
03.10.2026 13:31 Dünya

Kanadanın Baş naziri Mark Karni süni intellektdən istifadəyə dair Milli Məsləhət Şurasının yaradıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Kanada hökumətinin yaydığı açıqlamada bildirilib ki, yeni şura ölkədə süni intellektin inkişafı və tətbiqi ilə bağlı hökumətə müstəqil və praktiki tövsiyələr verəcək.

Şuranın dövlət və özəl sektor nümayəndələrini bir araya gətirəcəyi qeyd olunub. Onlar hökumətə “Hamı üçün Süni İntellekt” strategiyasının hazırlanması, həyata keçirilməsi və texnologiyanın təhlükəsiz istifadəsi ilə bağlı məsləhətlər verəcəklər.

Hökumətin planına əsasən, proqramın növbəti beş il ərzində 250 min yeni süni intellekt iş yeri yaratması və ölkə iqtisadiyyatına əlavə 200 milyard dollar qazandırması hədəflənir.

Karni hökuməti süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqini genişləndirməyi və Kanadanın bu sahədə rəqabət qabiliyyətini artırmağı planlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər