Norveç kraliçası xəstələndi – Parlamentin açılışına qatılmadı

Norveç kraliçası xəstələndi – Parlamentin açılışına qatılmadı
03.10.2026 13:44 Dünya

Norveç kraliçası Mette-Marit tənəffüs yolu infeksiyası səbəbindən ölkə parlamentinin açılış mərasimində iştirak etməyib.

TodayPress TV xəbər verir ki, Norveç kral ailəsinin məlumatına görə, 53 yaşlı kraliça bu ilin əvvəlində keçirdiyi ağciyər transplantasiyasından sonra reabilitasiya prosesini davam etdirir.

Onun həkimi Ore Holm bildirib ki, Mette-Marit hələ də reabilitasiya mərhələsindədir və müvafiq müalicə alır. Həkimlər onun sağalma prosesindən razıdırlar.

Parlamentin açılış mərasimində kralla birlikdə Mette-Maritin yerinə qızı, Tac Şahzadəsi İnqrid Aleksandra iştirak edib.

Norveçdə parlamentin açılışı ənənəvi mərasimdir. Bu zaman monarx hökumət tərəfindən hazırlanmış nitqi parlament qarşısında səsləndirir.

Mette-Marit son illərdə səhhəti ilə bağlı problemlər səbəbindən ictimai tədbirlərdə iştirakını azaltmalı olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər