BƏƏ: "Flydubai" təyyarəsində baş verən hadisə terror aktıdır

BƏƏ: "Flydubai" təyyarəsində baş verən hadisə terror aktıdır
03.10.2026 11:48 Dünya

Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorluğu "Flydubai" təyyarəsində kapitana edilən hücumu terror aktı kimi təsnif edib.

TodayPress TV xəbər verir ki, “WAM”ın məlumatına görə, BƏƏ-nin baş prokuroru Həməd Saif Əl-Şəmsi bildirib ki, istintaq zamanı ikinci pilotun terror aktı törətməyə cəhd etdiyi müəyyənləşdirilib.

Hadisə sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai"nin FZ1073 reysində baş verib. Uçuş zamanı təyyarə qısa müddətə qəza siqnalı göndərib, daha sonra isə qaçırma halı üçün istifadə olunan kodu ötürüb.

Bundan sonra təyyarə radarlardan itib, lakin qısa müddət sonra əlaqə bərpa edilib və təyyarə Səudiyyə Ərəbistanına eniş edib.

İstintaqın ilkin məlumatlarına görə, ikinci pilot kapitana iti əşya ilə xəsarət yetirib və daha sonra təyyarəni kəskin şəkildə aşağı endirməyə cəhd göstərib. Hindistan vətəndaşı olan kapitan sərnişinlərin müdaxiləsi nəticəsində xilas edilib.

İsrail hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirir, lakin hücumun psixoloji amillərlə bağlı olması ehtimalını da nəzərdən keçirir.

"ABC" telekanalı hücumda şübhəli bilinən şəxsin Oman vətəndaşı Həmam əl-Hammami olduğunu bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər