Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı

Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı
14.08.2026 02:48 Dünya

Çində maqnit yastığı üzərində hərəkət edən qatar sınaq zamanı dünyada ilk dəfə saatda 800 kilometr sürətə cəmi 5,3 saniyəyə çatıb.

TodayPress TV xəbər verir ki, “The Independent”in məlumatına görə, qatarın sürəti sərnişin təyyarəsinin sürətindən cəmi bir qədər aşağı olub. Yeni əyləc sistemi isə qatarı cəmi 200 metr məsafədə təhlükəsiz və hamar şəkildə dayandırıb.

Hazırda texnologiyanın insan daşınması üçün istifadəsi nəzərdə tutulmur. Lakin gələcəkdə bu sistemdən ultrasürətli qatarların, həmçinin raket və qırıcı təyyarələrin buraxılış sistemlərinin hazırlanmasında istifadə oluna bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər