Təyyarədə insident törədən qadını 20 ildən çox həbs cəzası gözləyir

Təyyarədə insident törədən qadını 20 ildən çox həbs cəzası gözləyir
13.09.2026 06:30 Dünya

Təyyarədə insident törədən qadın ABŞ-də cinayət məsuliyyəti ilə üzləşib.

TodayPress TV xəbər verir ki, hadisə Milandan Nyuarka uçan təyyarədə baş verib.

37 yaşlı Kristina adlı qadın stüardessalardan spirtli içki tələb edib. Kapitan onun yerinə qayıtmasını tələb etsə də, qadın buna məhəl qoymayaraq insident yaratmağa davam edib.

Qadın sərnişinlərdən birinə zərbə vurub, stüardessanı dişləyib. Bundan əlavə, uçuş zamanı təyyarənin arxa qapısını açmağa cəhd edib.

Təyyarə ABŞ-yə çatdıqdan sonra qadın saxlanılıb. O, ekipajın fəaliyyətinə mane olmaqda və hücum etməkdə ittiham olunur.

Bildirilib ki, qadını ümumilikdə 20 ildən çox həbs və cərimə gözləyir. Hazırda o, həbsdə saxlanılır və girov qarşılığında azadlığa buraxıla bilməz.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər