Tehranda 34 məscid etirazlar zamanı yandırıldı
İranın paytaxtı Tehran şəhərində nümayiçilərlə hüquq-mühafizə orqanlarının arasənda baş verən silahlı toqquşmalar zamanı 26 ev, 34 məscid, 40 bank və 15 ticarət mərkəzi yandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Tehranın Yanğın Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Həmçinin bildirilib ki, hökumətə aid 13 bina və 50 nəqliyyat vasitəsi də alova qərq olub.