Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq

Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq
21.06.2026 22:41 Dünya

İsveçrədə Amerika tərəfi ilə danışıqlarda iştirak edən İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirmək hədələrinə görə üzr istəməyənə qədər müzakirələri davam etdirmək niyyətində deyil.

TodayPress TV xəbər verir ki, bu barədə mərkəzi Beyrutda olan "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, İran tərəfi Tramp üzr istəməyənə qədər danışıqlar masasına qayıtmayacaq.

Bununla yanaşı, telekanal Tehrandakı nümayəndələrin öz tələblərini genişləndirdiyini bildirir: indi onlar təkcə Livanda hərbi əməliyyatların dayandırılmasını tələb etmir, həm də İsrail Silahlı Qüvvələrinin Livanın cənubundan çıxarılması şərtini irəli sürürlər.

Daha əvvəl Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər