TƏCİLİ: Polşa-Ukrayna sərhəd keçid məntəqəsi bağlandı
Polşa ilə Ukrayna arasındakı “Yaqodın” sərhəd-keçid məntəqəsində PUA hücumu təhlükəsi səbəbindən insanların keçidi dayandırılıb.
TodayPress TV xəbər verir ki, mənbələrin məlumatına görə, sərhəddə olan insanlar təhlükəsizlik məqsədilə sığınacaqlara yönləndirilib.
Buna səbəb Lutsk şəhəri istiqamətindən sərhədə doğru “Şahed” tipli pilotsuz uçuş aparatlarının hərəkət etməsi olub.
Məlumata görə, Polşa tərəfində də həyəcan siqnalları səsləndirilib.
Kübra Musayeva