TƏCİLİ!: Hər şey dəyişə bilər – “Qiyamət radiosu”nda sirli mesaj...

Dünya

06.04.2026 17:02

Qısa dalğalı “Qiyamət radiosu”nun efirində iki müəmmalı söz səsləndirilib.

TodayPress TV  xəbər verir ki, bunu “UVB-76 loqları” teleqram kanalı bildirib.

Məlumata görə, UVB-76 efirində saat 11:40-da belə mesaj yayımlanıb:

“NJTI 05546 GOT 3287 2445 BLUDONATR 2357 6493”.

Qeyd olunur ki, bu radio stansiyası adətən fasiləsiz uğultu səsi yayır və nadir hallarda bu cür kodlaşdırılmış mesajlar ötürür.

Bundan əvvəl "Express" nəşri bu tip mesajların Qərbdə narahatlıq yaratdığını yazmışdı:

“Bu siqnallar adətən beynəlxalq gərginliyin artdığı dövrlərdə qeydə alınır və mümkün qlobal münaqişə ilə bağlı ehtimalları gücləndirir”.

Məlumata görə, UVB-76 stansiyası 1970-ci illərin sonlarından fəaliyyət göstərir və onun sovet dövründə yaradılmış qapalı rabitə sisteminin bir hissəsi olduğu ehtimal edilir.

Qiymət Mahir

tag: Qiyamət radiosu,UVB-76,Radio,Express,TodayPress TV,