TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır
Belarus Ukrayna ilə sərhəd bölgəsində hərbi mövcudluğunu artırır.
TodayPress TV xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenkonun sözlərinə görə, Minsk sərhədə əlavə hərbi qüvvələr yerləşdirib. Lakin onun bildirdiyinə görə, hazırda bölgədəki qüvvələr Ukrayna üçün birbaşa təhlükə yaratmır.
Demçenko qeyd edib ki, indiki mərhələdə Belarusun bu addımının ölkə üçün ciddi təhlükə yaradacağını gözləmək lazım deyil.
Kübra Musayeva