Tayvan Çinə birləşəcək! - Si Cinpin elan etdi
Çin Sədri Si Cinpin Tayvanın Çinlə birləşməsini “qaçılmaz tarixi missiya” adlandırıb və tarixin gedişatını dayandırmağın mümkün olmadığını bildirib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Si Cinpin Pekinin Tayvanla dinc yolla birləşmə siyasətini “bir ölkə, iki sistem” prinsipi əsasında davam etdirəcəyini bəyan edib.
O, həmçinin Tayvanın müstəqilliyinə yönələn təşəbbüslərə qarşı çıxmağa çağırıb.
Jalə Rövşən