Tasnim: "Yalnız bundan sonra ABŞ ilə danışıqlara qərar veriləcək"

Tasnim: "Yalnız bundan sonra ABŞ ilə  danışıqlara qərar veriləcək"
19.04.2026 18:50 Dünya

Son günlər Vaşinqton və Tehran arasında Pakistan vasitəçiləri vasitəsilə əlaqələr davam edir.

TodayPress TV xəbər verir ki,  bu barədə "Tasnim" xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran hakimiyyəti Vaşinqton dəniz blokadasını ləğv etdikdən sonra ABŞ  ilə  dialoqu davam etdirmək üçün Pakistana danışıqlar qrupunun göndərilib-göndərilməməsi barədə qərar verəcək.

Agentliyin məlumatına görə, son günlər ABŞ və İran arasında Pakistan vasitəçiləri ilə əlaqələr davam edib. Bu dolayı dialoqun bir hissəsi olaraq, hər iki tərəf İslamabadda keçirilən üzbəüz görüşlər zamanı qaldırılan məsələləri müzakirə etməyə davam edib. Agentliyin qeyd etdiyinə görə, ABŞ İranın dəniz blokadasını davam etdirdiyi müddətcə İran hakimiyyəti birbaşa danışıqları bərpa etmək niyyətində deyil.

Jalə Rövşən 

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər