Suriya Yəmənə qoşun göndərməyəcək – Dəməşqdən yayılan xəbərlərə CAVAB
Suriyalı qoşunların Yəmənə göndərilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
TodayPress TV xəbər verir ki, bu barədə "SANA" agentliyinin diplomatik mənbəsi Suriya və Səudiyyə Ərəbistanı arasında hərbi sazişləri şərh edərkən bildirib.
“Hazırda Suriyanın hərbi bölmələrinin Yəmənə göndərilməsi ilə bağlı istənilən söhbət tamamilə əsassızdır. Yaxın dövr üçün Suriyanın prioritetləri daxili təhlükəsizliyin gücləndirilməsi, ölkənin bərpası və iqtisadi yüksəlişə nail olmaqdır”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə qüvvədə olan sazişlər hərbi qulluqçuların hazırlanmasını, təcrübə mübadiləsini və hərbi məsləhətləşmələri nəzərdə tutur. Xüsusilə, gələn ay fəaliyyətin əlaqələndirilməsi üçün Səudiyyə Ərəbistanı nümayəndə heyətinin Suriyaya səfərləri planlaşdırılır.
Mənbə həmçinin bildirib ki, gələcəkdə bu əməkdaşlıq birgə müdafiə sazişinə çevrilə və ya Suriyanın Məkkə Paktına qoşulması ilə nəticələnə bilər.
Aysel Mətləb