Əraqçi ABŞ-yə iki gün vaxt verdi: “Seçiminizi edin!”
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ rəhbərliyinə müraciət edərək Vaşinqtonu seçim qarşısında qoyub.
TodayPress TV xəbər verir ki, Əraqçi bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Amerikalı seçicilər öz seçimlərini etdilər. İndi Ağ Evin öz qərarını verməsinin vaxtıdır”, – deyə nazir bildirib.
O, İranın iki gün üçün nəzərdə tutulan təklifinin qüvvədə qaldığını vurğulayıb. Əraqçinin sözlərinə görə, bütün cəbhələrdə müharibənin dayandırılması da daxil olmaqla, irəli sürülən şərtlər yerinə yetirilərsə, nəticə görmək mümkün olacaq.
Nazir əks halda müharibə seçiləcəyi təqdirdə İran hərbçilərinin ABŞ-yə qarşı sərt cavab verəcəyini iddia edib.
Kübra Musayeva