Azərbaycanlı şahmatçılar Avropa çempionatında medala yaxınlaşdı

Azərbaycanlı şahmatçılar Avropa çempionatında medala yaxınlaşdı
08.11.2026 19:35 İdman

Yunanıstanın Krit adasının Hersonissos şəhərində 8-18 yaşadək şahmatçılar arasında keçirilən yeniyetmələrin Avropa çempionatında 5-ci tur başa çatıb. 

TodayPress TV xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Azərbaycan təmsilçisi Nərmin Abdinova 5 oyundan maksimum nəticə - 5 xalla turnir cədvəlinə başçılıq edir. Nərmin ən yaxın izləyicisini 1 xal qabaqlayır.

18 yaşadək oğlanların mübarizəsində  isə Tunar Davudov liderdir. 16 yaşadək oğlanların mübarizəsində Paşam Əlizadə 2-ci yerdə qərarlaşıb.

Səfa Hümmətov (U14), Nurtən Nuriyeva (G18) və Şəmsi Qaraxanov (U14) ilk 10-luqda qərarlaşmaqla medal şanslarını saxlayırlar.

Bu gün çempionatda istirahət günüdür.

Qeyd edək ki, Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.

FOTOLAR

Azərbaycanlı şahmatçılar Avropa çempionatında medala yaxınlaşdı — 1
XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər