“Sabah" və "Şamaxı" arasında gərgin mübarizə - Qalib olmadı
Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
TodayPress TV xəbər verir ki, günün ikinci matçında "Sabah" "Şamaxı"nı qəbul edib.
"Sabah Arena"da gerçəkləşən qarşılaşma 2:2 hesablı bərabərliklə bitib.
Ev sahiblərinin heyətində Karlos Eduardo (17) və Coy Lens-Mikels (49) diqqət mərkəzinə düşüblər. Qonaq komandanın qollarını isə Oruc Məmmədov (27) və Rəhman Daşdəmirov (62-öz qapısına) vurublar.
Ehtiyatda daha bir matçı olan paytaxt klubu 21 xalla ikinci, "Şamaxı" isə 14 xalla yeddincidir.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" (2:2) və "İmişli - "Sumqayıt" (0:0) oyunlarında qalib müəyyənləşməyib.