Avropada gündəm yaradacaq plan: Ukraynanı masadan kənarda qoymaq istəyirlər

Avropada gündəm yaradacaq plan: Ukraynanı masadan kənarda qoymaq istəyirlər
09.11.2026 01:00 Dünya

Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyası Rusiya, ABŞ və Almaniya arasında Ukraynanın iştirakı olmadan üçtərəfli sammit təşkil etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Məlumata görə, Almaniya Kiyevə yardım göstərən ən böyük donor olsa da, AfD Moskva ilə münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin dərhal bərpa edilməsini və Rusiyaya qarşı sanksiyaların qeyd-şərtsiz ləğvini müdafiə edir.

Partiyanın Bundestaqdakı parlament fraksiyası sədrinin müavinlərindən biri Markus Fronmaier sammitin 2027-ci ilin yazında Əbu-Dabidə keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Partiya nümayəndələrinin sözlərinə görə, onların həm ABŞ Dövlət Departamenti və Prezident Donald Trampın müşavirləri, həm də Rusiya Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası ilə yaxşı əlaqələri var.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər