Rusiyaya qarşı yeni cəbhə açılır? Avropa ölkələri hərəkətə keçdi

Rusiyaya qarşı yeni cəbhə açılır? Avropa ölkələri hərəkətə keçdi
09.11.2026 00:34 Dünya

Böyük Britaniya və bir sıra Avropa ölkələri Rusiya sualtı qayıqlarına qarşı birgə hərbi-dəniz ittifaqı yaratmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Riçard Naytonun sözlərinə görə, ölkələr Şimali Atlantika, Arktika və Baltik dənizində birgə müdafiəni gücləndirəcəklər.

Əməkdaşlığın əsas məqsədi mümkün müharibə vəziyyətində Rusiya sualtı qayıqlarının gəmiçilik üçün təhlükə yaratmasının qarşısını almaqdır.

Məlumata görə, hərbi əməkdaşlığın genişləndirilməsinə dair sazişin çərşənbə axşamı Britaniyanın “HMS Prince of Wales” aviadaşıyıcısının göyərtəsində imzalanması planlaşdırılır.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 NOYABR 2026
Bütün Xəbərlər