Hörmüz boğazı açıla bilər: İrandan ABŞ-yə TƏKLİF
İranın Hörmüz boğazının açılması ilə bağlı iki günlük təklifi qüvvədə qalır.
TodayPress TV xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, boğazın açılması ilə bağlı ABŞ-a təqdim edilən şərtlər arasında bütün cəbhələrdə müharibənin dayandırılması da yer alır.
Əraqçinin sözlərinə görə, İranın təklifi irəli sürülən şərtlərin yerinə yetirilməsi əsasında Hörmüz boğazının iki gün ərzində açılmasını nəzərdə tutur.
Kübra Musayeva