Finalda Gürcüstan təmsilçisini məğlub etdi, qızılı Azərbaycana gətirdi

Finalda Gürcüstan təmsilçisini məğlub etdi, qızılı Azərbaycana gətirdi
08.11.2026 22:05 İdman

Azərbaycan idmançısı Tunar Quliyev Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən çimərlik güləşçimiz final görüşündə Gürcüstan təmsilçisi Luka Maxaradzeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Tunar Quliyev A qrupunda mübarizə aparıb. O, qrup mərhələsində Yeni Zelandiya təmsilçisi Vairangi Sarcenti, Anqola idmançısı Diasivi Reanato və Puerto-Riko təmsilçisi Joab Kabril Karilyo Rodrigesi məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Güləşçimiz yarımfinalda Ukrayna təmsilçisi Mikita Kuzmenkoya da qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər çimərlik güləşçisi Elgün Kərimli də (90 kq) final görüşünə çıxacaq. O, həlledici qarşılaşmada Gürcüstan təmsilçisi Nuradin Mustafayevlə üz-üzə gələcək.

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər