Beş hücumdan sonra “Samara”da mənzərə: Neft çənləri külə döndü - VİDEO
Ukraynanın hücumları nəticəsində Rusiyada yerləşən “Samara” neft stansiyasına ciddi ziyan dəyib.
TodayPress TV xəbər verir ki, peyk görüntülərinə əsasən, noyabrın 2-də həyata keçirilən hücum nəticəsində stansiyanın ərazisində 10-dək yanacaq çəni məhv edilib. Çənlərdən birindən hücumdan altı gün sonra da tüstü qalxdığı müşahidə olunub.
Məlumata görə, son hücumdan sonra Qazaxıstan Atırau–Samara neft kəməri ilə nəqli müvəqqəti dayandırıb.
Qeyd edək ki, “Samara” stansiyası “Drujba” neft kəmərinə, Novorossiysk limanına və Rusiyadakı neft emalı zavodlarına neft ötürülməsində mühüm rol oynayır.
Kübra Musayeva