Tramp respublikaçılar dəstək versə, nələr olacağını açıqladı

Tramp respublikaçılar dəstək versə, nələr olacağını açıqladı
08.11.2026 21:25 Dünya

ABŞ Prezidenti Donald Tramp Respublikaçıların Senatda dəstəyini qazanacağı təqdirdə ölkədə daha böyük nəticələr əldə edə biləcəklərini bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.

O qeyd edib ki, bu axşam “60 Minutes” proqramına müsahibə verəcək və son iki ildə görülən işlərin, eləcə də ilk prezidentlik dövründəki fəaliyyətinin işıqlandırılacağına ümid edir.

“Respublikaçı Senatın dəstəyini əldə etsək, həqiqətən inanılmaz nəticələr əldə etməyə davam edə bilərik”, – deyə Tramp vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər