Şəhid bacısından qürurverici uğur – Azərbaycan karateçilərindən 7 medal!

Şəhid bacısından qürurverici uğur – Azərbaycan karateçilərindən 7 medal!
08.11.2026 20:31 İdman

Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Open 2026 – Grand Prix” beynəlxalq turnirində yeddi medal qazanaraq komanda hesabında üçüncü yeri tutublar.

TodayPress TV xəbər verir ki, Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 7-8-də fullkontakt şinkyokuşin karate üslubu üzrə təşkil olunan yarışda 12 ölkədən yeniyetmə, gənc və böyük yaş qruplarına aid idmançılar mübarizə aparıblar.

AKF-in kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yarışa qatılan Azərbaycan millisi turniri bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.

Böyüklər arasında 80 kiloqramadək çəki dərəcəsində çıxış edən Səlahət Həsənov qızıl medal qazanıb. Əliqismət Həsənov və Emin İsmayıllı 70 kiloqramadək çəki dərəcəsində bürünc medala layiq görülüblər.

Qadınların mübarizəsində Solmaz Zeynallı 60 kiloqramadək çəki dərəcəsində gümüş medal əldə edib. Qeyd edək ki, o, Vətən müharibəsi şəhidi Tural Zeynalovun bacısıdır və beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edir.

14 yaşadək idmançılar arasında Kənan Həkimzadə 45 kiloqramadək çəki dərəcəsində gümüş, Məhəmməd Əliyev isə 50 kiloqramadək çəki dərəcəsində bürünc medal qazanıb. 18 yaşadək idmançıların yarışında isə Zəhra Kərimova 55 kiloqramdan yuxarı çəki dərəcəsində üçüncü yeri tutub.

Azərbaycan karateçiləri turnirdə qazandıqları uğurları 8 Noyabr – Zəfər Gününə həsr ediblər. İdmançılar bu nailiyyətlərlə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə ehtiramlarını, qazilərə və hərbçilərə minnətdarlıqlarını ifadə ediblər.

FOTOLAR

Şəhid bacısından qürurverici uğur – Azərbaycan karateçilərindən 7 medal! — 1
Şəhid bacısından qürurverici uğur – Azərbaycan karateçilərindən 7 medal! — 2
Şəhid bacısından qürurverici uğur – Azərbaycan karateçilərindən 7 medal! — 3
Şəhid bacısından qürurverici uğur – Azərbaycan karateçilərindən 7 medal! — 4
Şəhid bacısından qürurverici uğur – Azərbaycan karateçilərindən 7 medal! — 5
XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər