Rusiya Ermənistana qapını bağlamadı: İndi hər şey İrəvandan asılıdır

Rusiya Ermənistana qapını bağlamadı: İndi hər şey İrəvandan asılıdır
08.11.2026 23:24 Dünya

Rusiya Ermənistanla hərbi sahədə əməkdaşlığı davam etdirməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İctimai Radiyoya müsahibəsində bildirib.

Diplomat bu məsələdə həddindən artıq bədbinliyə qapılmağın doğru olmadığını deyib. Onun sözlərinə görə, əməkdaşlığın gələcəyi tərəflərin siyasi iradəsindən asılı olacaq.

Kopırkin Rusiya-Ermənistan münasibətlərində yeni balansın formalaşdırılmasının vacibliyini də vurğulayıb. O qeyd edib ki, ikitərəfli əlaqələrin müxtəlif sahələrində mövcud münasibətlər müzakirə olunmalı və müvafiq düzəlişlər edilməlidir.

Səfir Rusiyanın Ermənistanın maraq və ehtiyaclarını nəzərə alaraq atom energetikası və nəqliyyat sahələrində də əməkdaşlığa hazır olduğunu bildirib.

Ermənistanın Avropa İttifaqına yönələn siyasətinə toxunan diplomat seçim hüququnun Ermənistan və erməni xalqına məxsus olduğunu deyib. O, bu seçimin mümkün qədər tez edilməsini istədiklərini söyləyib.

Kopırkin Rusiyaya bəzi Ermənistan məhsullarının idxalına tətbiq edilən müvəqqəti məhdudiyyətləri də şərh edib. O, yoxlamalar zamanı məhsulların Rusiya bazarının sanitar və fitosanitar tələblərinə uyğunlaşdırılması istiqamətində işlərin gücləndirilməsinin zəruri olduğunun bildirildiyini qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 NOYABR 2026
Bütün Xəbərlər