“Suriya Demokratik Qüvvələri”nə qarşı yeni əməliyyat keçirilə bilər

Dünya

11.01.2026 12:51

Suriyanın şərqində, Fərat çayının şərq sahilində kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri”nə qarşı Suriya ordusunun genişmiqyaslı hərbi əməliyyatı fevral ayında keçirilə bilər.

TodayPress TV  xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, “Suriya Demokratik Qüvvələri”nə Suriya hökumət qüvvələrinə inteqrasiya ilə bağlı razılaşmaları yerinə yetirməsi üçün daha bir şans verilib.

Qəzetin məlumatına görə, əgər “Suriya Demokratik Qüvvələri” bu razılaşmaları yerinə yetirmək əvəzinə müqavimət göstərməyi seçərsə, bu dəfə Türkiyə, ABŞ və Suriya hökuməti Fərat çayının şərqində genişmiqyaslı hərbi əməliyyatın başlanması barədə qərar qəbul edəcək. Əməliyyat fevral ayında başlaya bilər.

TodayPress TV

tag: Suriya,Suriya Demokratik Qüvvələri,Hərbi əməliyyat,ABŞ,Todaypress.tv,