Sumıda PUA hücumu: 5 Mülki şəxs yaralandı

Sumıda PUA hücumu: 5 Mülki şəxs yaralandı
18.10.2025 16:00 Dünya

Rusiya hərbçiləri Sumının Zariçnıy rayonunda yanacaqdoldurma məntəqəsini döyüş pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alıb.

TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, hadisə nəticəsində 51 yaşlı qadın yaralanıb.

Qeyd olunur ki, Rusiya pilotsuz uçuş aparatları və idarə olunan aviabombalarla icmanın məhəllələrinə hücum edib, yaşayış binalarına ziyan dəyib.

Sumı Regional Hərbi Administrasiyasının məlumatına görə, gün ərzində vilayətdə baş verən atəş nəticəsində ümumilikdə 5 mülki şəxs yaralanıb.

Dağıntının miqyası haqqında araşdırma aparılır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər