Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar...

Sübut yoxdur, ittiham var! - Öldürdükləri jurnalistə qara yaxdılar...
20.06.2026 23:50 Dünya

İsrail hərbçiləri Qəzzada "Al Jazeera"nın jurnalisti Əhməd Vişahın ölümü ilə nəticələnən zərbə endirdiklərini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə hərbi sözçü "AFP" xəbər agentliyinə bildirib.

Məlumata görə, sözçü iddianı əsaslandıracaq hər hansı bir sübut təqdim etmədən onun "HƏMAS terrorçusu" olduğunu iddia edib:

"İsrail ordusu HƏMAS terrorçusu olan Əhməd Vişaha qarşı zərbə endirdiyini təsdiqləyir".

Sözçü qeyd edib ki, qətllə bağlı daha ətraflı məlumatın yer aldığı bəyanat yayılacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər