"SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı

"SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı
02.08.2026 03:35 Dünya

"SpaceX"ə məxsus istifadədən çıxarılmış raketin gələn həftə Ayla toqquşması gözlənilir.

TodayPress TV xəbər verir ki, saatda 8 700 kilometr sürətlə baş verəcək toqquşma yeni bir krater yaradacaq.

Mütəxəssislərin fikrincə, toqquşmanın yaradacağı enerji təxminən 3 ton TNT-nin partlayış gücünə bərabər olacaq. Bunun nəticəsində Ay səthində təxminən 27 metr enində və 5 metr dərinliyində yeni bir kraterin əmələ gələcəyi, kilometrlərlə hündürlüyə toz və qaya parçalarının sovrulacağı gözlənilir.

Alimlər hesab edir ki, yaranacaq toz buludu Ayın səth quruluşu haqqında mühüm məlumatlar təmin edəcək. Toqquşmadan əvvəl və sonra NASA-nın "Lunar Reconnaissance Orbiter" aparatı və Cənubi Koreyanın "Danuri" Ay orbital aparatı ərazini görüntüləyərək elmi müşahidələr aparacaq.

Qeyd edək ki, sözügedən hadisə Ayla təsadüfən toqquşan ikinci raket kimi tarixə düşəcək. 

Xatırladaq ki, 2022-ci ildə Çinə məxsus raket parçası Ayın görünməyən tərəfinə çırpılaraq iki krater yaratmışdı.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər