SON DƏDİQƏ! "Ona sığınacaq verə bilərik"... – Səfirdən MÜHÜM AÇIQLAMA!
Dünya
07.04.2026 09:57
"Rusiya devrilmiş Venesuela Prezidenti Nikolas Maduroya sığınacaq verilməsi məsələsini nəzərdən keçirə bilər".
TodayPress TV TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Venesueladakı səfiri Sergey Melik-Baqdasarov deyib.
“Düşünürəm ki, belə bir müraciət daxil olsa, Rusiya tərəfindən diqqətlə nəzərdən keçirilər”, — deyə səfir qeyd edib.
Səfir əlavə edib ki, Moskvanın Maduro ilə bağlı mövqeyi dəyişməz olaraq qalır:
“ABŞ-nin silahlı müdaxiləsi beynəlxalq hüququn və sağlam məntiqin pozulmasıdır. Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores azad edilməlidir”.
Qeyd edək ki, Nikolas Maduro və Siliya Flores yanvarın 3-də ABŞ əməliyyatı zamanı saxlanılaraq Nyu-Yorka aparılıb.
Qiymət Mahir
tag: Rusiya ,Venesuela ,Nikolas Maduro,Sığınacaq ,TodayPress TV,
