Tramp İranla sülhə hazırlaşır? - "Daimi xarakter daşıyacaq sülh..."
ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair razılaşma daimi xarakter daşımalıdır.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“İranla daimi xarakter daşıyacaq sülh razılaşması imzalayacağam. Onlara nüvə silahına sahib olmaq imkanı verməyəcəyəm”, – deyə o, “Fox News” telekanalına müsahibəsində bildirib.
Tramp, həmçinin İranda hakimiyyət dəyişikliyində maraqlı olmadığını qeyd edib.
Aysel Mətləb