F-16 ilə bağlı iki fərqli açıqlama – İran vurduğunu deyir, ABŞ təkzib edir

F-16 ilə bağlı iki fərqli açıqlama – İran vurduğunu deyir, ABŞ təkzib edir
21.11.2026 20:37 Dünya

Yaxın Şərqdə ABŞ-nin F-16 qırıcısı hücuma məruz qalmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“İran ABŞ-nin F-16 qırıcısına hücum etməyib. Yaxın Şərqdəki bütün ABŞ qırıcıları təhlükəsiz vəziyyətdədir”, – deyə bildirilib.

Xatırladaq ki, bundan əvvəl İran ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi ABŞ-nin F-16 qırıcısının İslam Respublikasının ordusunun hava hücumundan müdafiə qüvvələrinin raketi ilə Fars körfəzi üzərində zədələndiyini və məcburi eniş etdiyini bildirmişdi.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər