Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazandı

Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazandı
21.11.2026 18:55 İdman

Azərbaycan cüdoçusu Ramazan Əhmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, +100 kq çəki dərəcəsində yarışan idmançı finalda türkiyəli İbrahim Tataroğluna uduzub.

Bu, Azərbaycan cüdoçularının turnirdəki üçüncü medalı olub. Daha əvvəl Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) bürünc mükafata sahib çıxıblar.

Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.

XƏBƏR LENTİ
21 NOYABR 2026
Bütün Xəbərlər