SEPAH Bəhreyndə bu iki ABŞ bazasını HƏDƏF ALDI
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyndəki iki bazasına — “Şeyx İsa” və “Əl-Cüfeyr”ə hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hücumlar ABŞ-nin hərəkətlərinə cavab olaraq həyata keçirilib.
"Tasnim" agentliyinin bildirdiyinə görə, Bəhreyndə, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazası 3 ballistik raket və bir neçə dronla hədəfə alınıb.
Aysel Mətləb