Rusiyanın Baltik Donanması yaxınlığında partlayış - VİDEO

Rusiyanın Baltik Donanması yaxınlığında partlayış - VİDEO
22.11.2026 00:32 Dünya

Kalininqrad vilayətinin Baltiksk liman şəhərində, Baltik Donanmasının bazasının yerləşdiyi ərazidə çoxsaylı partlayışlar baş verib və pilotsuz uçuş aparatlarının uçuşu qeydə alınıb.

TodayPress TV xəbər verir ki, əvvəlcə regionda hava həyəcanı elan olunub, bir saatdan az müddət sonra sirenlər yenidən işə salınıb.

Yerli sakinlər liman yaxınlığında partlayışlar baş verdiyini və Rusiya hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyət göstərdiyini bildiriblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər