“Coğrafiyamız bizi məcbur edir” – Latviya müdafiə büdcəsini kəskin artırdı
Latviya cari ildə ümumi daxili məhsulunun (ÜDM) 6,4 faizini müdafiəyə ayırıb. Belə ki, ötən il bu göstərici 5 faiz təşkil edib.
TodayPress TV xəbər verir ki, bunu Baltikyanı respublikanın Baş naziri Andris Kulberqs bildirib.
Onun izahına görə, ayrılan vəsaitlər infrastruktur layihələrinin həyata keçirilməsinə deyil, yalnız silah və hərbi texnikanın alınmasına nəzərdə tutulub.
“Bizim seçim imkanımız yoxdur, coğrafi mövqeyimiz bizi belə qərarlar qəbul etməyə məcbur edir”, – deyə Latviya Baş naziri bildirib.
Aysel Mətləb