Bəhreyndə mülki sənaye obyekti vuruldu, yanğın baş verdi - VİDEO
Bəhreyndə sənaye obyekti İran tərəfindən hücuma məruz qalıb, hadisə nəticəsində yanğın baş verib, xəsarət alan olmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İran təcavüzü nəticəsində mülki sənaye obyektinə hücum edilib və hadisə yerində yanğın baş verib”, – deyə qurumun “X” sosial şəbəkəsində dərc olunan bəyanatında bildirilib.
Nazirliyin məlumatına görə, mülki müdafiə bölmələri yanğının söndürülməsi istiqamətində çalışır. İlkin məlumatlara görə, hücum nəticəsində maddi ziyan dəyib, xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Bundan əvvəl qurum krallıqda təhlükəsizlik təhdidi barədə məlumat yayıb. Daxili İşlər Nazirliyi sakinləri sakitliyi qorumağa, ən yaxın təhlükəsiz sığınacaqlara getməyə və rəsmi mənbələrdən yayılan məlumatları izləməyə çağırıb.
Aysel Mətləb