Azərbaycan şahmatçısı Türküstanda liderliyə yüksəldi

Azərbaycan şahmatçısı Türküstanda liderliyə yüksəldi
22.11.2026 00:40 İdman

Azərbaycan şahmatçısı Nicat Abasov Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında liderliyə yüksəlib.

TodayPress TV xəbər verir ki, qrossmeysterimiz ikinci turda türkmənistanlı Amanməhəmməd Hommadovu məğlub edib, üçüncü turda isə qazaxıstanlı Denis Maxnevlə heç-heçə oynayıb.

Üç turun yekununda 2,5 xal toplayan Abasov türkiyəli Arda Çamlarla liderliyi bölüşür. Təmsilçimiz əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb.

Qadınların yarışında Gövhər Beydullayeva ikinci turda qalib gəlib, üçüncü turda isə heç-heçə oynayıb. Üç turdan sonra 2,5 xal toplayan şahmatçımız ikinci yerdədir. Macarıstanı təmsil edən Davaadəmbərəl Nomin Erdene üç xalla liderlik edir.

Veteranların turnirində mübarizə aparan Vüqar Bayramov isə ikinci turda özbəkistanlı İbrahim Kərimova məğlub olub. İlk görüşündə türkiyəli Cüneyt Merti məğlub edən təmsilçimiz iki turdan sonra bir xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, kişilərin və qadınların yarışları iki dövrədən ibarət dairəvi sistemlə keçirilir və 14 turu əhatə edir.

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər