İran yeraltı raket şəhərciyini nümayiş etdirdi – “Hələ başlanğıcdır”
İran Silahlı Qüvvələrinin elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi korpusun yeni yeraltı raket şəhərciyinə baş çəkdi.
TodayPress TV xəbər verir ki, raket şəhərciyi raketlərin saxlanılması, hazırlanması və buraxılması üçün nəzərdə tutulmuş yeraltı tunel kompleksindən ibarətdir.
“Düşmənin başına gələnlər hələ yolun yalnız başlanğıcıdır. Siz düşmənin alçaldılmasının və acizliyinin şahidi olacaqsınız, həqiqət yalan üzərində qələbə çalacaq”, – deyə Vahidi bildirib.
Aysel Mətləb