Dəfn mərasiminə gedən 300 nəfərlik gəmi batdı - Nigeriyada DƏHŞƏTLİ FACİƏ
Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin qəzaya uğraması nəticəsində azı 50 nəfər həlak olmuş ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, gəmi Niger çayının deltasındakı kanallardan birində aşıb və batıb. O, bir neçə gün əvvəl həmin bölgədə baş vermiş oxşar fəlakətin qurbanlarının dəfn mərasiminə insanları aparırmış.
İlkin məlumatlara görə, gəmidə təxminən 300 nəfər olub, onlardan 24-nü xilas etmək mümkün olub. 50-dən çox meyit tapılaraq morqa göndərilib, digər sərnişinlərin taleyi isə hələlik məlum deyil.
Ekspertlər hesab edirlər ki, faciəyə səbəb gəminin həddindən artıq yüklənməsi ola bilər.
Aysel Mətləb