TƏCİLİ! İran Bəhreyndə ABŞ obyektini vurdu - FOTO
İran Bəhreyndə ABŞ hərbi obyektinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bəhreyn İranın zərbələrinin mülki infrastruktura dəydiyini bildirir. Tehran isə hücum zamanı “Patriot” hava hücumundan müdafiə sistemini hədəf aldığını açıqlayıb.
Məlumatlardan birində bildirilir ki, tüstünün göründüyü fotoşəkil hücuma məruz qalmış ABŞ radar obyektinə aiddir.
Həmçinin, zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerlərinə təcili tibbi yardım maşınlarının göndərildiyi barədə məlumatlar yayılır.
Aysel Mətləb