Hörmüz boğazı bağlı qalacaq? – Əraqçidən ABŞ-yə ŞƏRT
İranın tələbləri yerinə yetirilməyənədək Hörmüz boğazının açılması məsələsi gündəmdə deyil.
TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Bizim mövqeyimiz aydındır: İranın tələbləri yerinə yetirilməyənədək Hörmüz boğazı və onun açılması məsələsi aktual deyil”, – deyə o vurğulayıb.
Əraqçinin sözlərinə görə, Tehran həmişə müdafiəyə hazır olduğu kimi, danışıqlara da hazır olduğunu bəyan edib. Nazir qeyd edib ki, Qətər nümayəndə heyətinin Tehrana səfəri qeyri-adi bir hal deyil. İran və ABŞ arasında vasitəçilər müntəzəm olaraq səfər edir, fikir və təklifləri çatdırırlar.
Aysel Mətləb