Aundan İsrailə açıq mesaj - “Livan torpaqlarını tərk edin”

Aundan İsrailə açıq mesaj - “Livan torpaqlarını tərk edin”
21.11.2026 21:51 Dünya

İsrail qoşunlarını Livanın işğal olunmuş ərazilərindən çıxarmalıdır, bu, vəziyyətin normallaşmasına və davamlı sülhün təmin olunmasına gətirib çıxaracaq.

TodayPress TV xəbər verir ki, bunu respublikanın Prezidenti Cozef Aun qeyd olunan müstəqilliyin 83-cü ildönümü münasibətilə vətəndaşlara müraciətində bildirib.

“Aqressiyanıza son qoyun və Livan torpaqlarını tərk edin. İşğal və şəhərlərin dağıdılması təhlükəsizliyinizi möhkəmləndirməyəcək. Yalnız qoşunların tam çıxarılması davamlı və ədalətli sülhə, beynəlxalq səviyyədə tanınmış sərhəddə sabitliyə yol açacaq”, - deyə lider vurğulayıb.

Aun çıxışında Livan hökumətinin münaqişənin nizamlanması üçün göstərdiyi diplomatik səylərə də toxunub.

“Livan artıq heç kimin oyununda sövdələşmə predmetinə çevrilməyəcək”, – deyə siyasətçi əlavə edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 NOYABR 2026
Bütün Xəbərlər