Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala çıxdı
Azərbaycan boksçusu Zidan Hünbətov Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
TodayPress TV xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Z. Hünbətov 1/4 finalda Serbiya təmsilçisi Nikola Maksimoviçlə qarşılaşıb.
Təmsilçimiz rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb və özü üçün azı bürünc medalı təmin edib.
Bununla da Avropa çempionatında yarımfinala yüksələn Azərbaycan boksçularının sayı dördə çatıb.
Xatırladaq ki, daha əvvəl Bilalhəbaşi Nəzərov (50 kq), Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) də yarımfinala yüksələrək azı bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı U-23 Avropa çempionatına noyabrın 24-də yekun vurulacaq.