Sloveniya Qrenlandiyaya hərbi qulluqçular göndərəcək

Sloveniya Qrenlandiyaya hərbi qulluqçular göndərəcək
17.01.2026 17:25 Dünya

Sloveniya hökuməti Qrenlandiyada keçiriləcək "Arktik Dözümlülük" hərbi təlimlərində iştirak üçün iki zabit göndərmək qərarı verib.

TodayPress TV xəbər verir ki, bu barədə Sloveniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Danimarkanın rəhbərliyi altında keçiriləcək təlimlərin dəqiq tarixləri planlaşdırma mərhələsində müəyyən olunacaq.

Xatırladaq ki, yanvarın 11-də Almaniya və Böyük Britaniyanın rəhbərliyi ilə bir sıra Avropa ölkələri Qrenlandiyaya əlavə hərbi qüvvə göndərmək imkanlarını müzakirə ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər