Slovakiya Ukraynaya yeni yardım paketi hazırlayır

Slovakiya Ukraynaya yeni yardım paketi hazırlayır
17.10.2025 22:40 Dünya

Slovakiya Ukraynaya 500 min avro dəyərində enerji avadanlığı göndərməyi və cəbhəyanı bölgələrdəki məktəblərdə sığınacaqların inşası üçün 300 min avro ayıracaq.

TodayPress TV-nin məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat yayıb.

Sibiqa bildirib ki, görüş zamanı əsas diqqət hərbi əməkdaşlığın genişləndirilməsi, Ukraynanın müdafiə potensialının artırılması üçün "SAFE" mexanizmindən istifadə və "PURL" təşəbbüsünün inkişafı məsələlərinə yönəlib.

Nazir əlavə edib ki, Ukrayna Slovakiyada diplomatik nümayəndəliyini gücləndirmək niyyətindədir. 

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər