Simonyan: "Azərbaycana səfər etməyə hazıram"

Simonyan: "Azərbaycana səfər etməyə hazıram"
26.11.2025 15:46 Dünya

"Mən lazımi vaxtda Azərbaycana səfər etməyə hazıram".

TodayPress TV xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.

O, həmçinin Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovanı Ermənistana dəvət etmək niyyətində olduğunu qeyd edib.

Simonyan deyib ki, Azərbaycandan rəsmi səfər dəvəti almayıb, amma dəvət olsa, bunu nəzərdən keçirə bilər.

Simonyan vurğulayıb ki, Azərbaycanın 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirakdan imtina etməsi Ermənistanla bağlı deyil. Simonyanın sözlərinə görə, Azərbaycan spikerinin müraciətində də bu qərarın Ermənistan tərəfinə aidiyyəti olmadığı bildirilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər