TƏCİLİ: İsrail xəstəxanaları hazır vəziyyətə gətirdi – Müharibə başlayır?
İsraildə xəstəxanalar ən yüksək hazırlıq vəziyyətinə gətirilir.
TodayPress TV xəbər verir ki, bu barədə yayılan məlumatlar regionda İranla bağlı hərbi gərginliyin artdığı bir vaxta təsadüf edir.
İranın xarici işlər naziri Qətərdə keçirdiyi 48 saatlıq görüşlərdən sonra ölkəsinə qayıdır.
Axios nəşrinin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İrana hücumla bağlı ciddi təzyiq göstərir. Bununla belə, Tramp hələlik diplomatik danışıqlara şans verməyə üstünlük verir.
Məlumata görə, Netanyahu Vaşinqtonun danışıqları davam etdirmək mövqeyindən narahatdır.
Kübra Musayeva