İranın növbəti hədəfləri açıqlandı: Türkiyə də var

İranın növbəti hədəfləri açıqlandı: Türkiyə də var
01.11.2026 21:56 Dünya

İsrailin İrandan sonra Türkiyə və Səudiyyə Ərəbistanını hədəf alacağı iddia edilir.

TodayPress TV xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi açıqlayıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Tehran görüşü zamanı İsrailin İrandan sonra Türkiyəyə, daha sonra isə Səudiyyə Ərəbistanına yönələcəyini bildirib.

Rezayi bu fikirlərin oktyabrın 26-da İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə səsləndirildiyini iddia edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı tərəfi hələlik bu açıqlamanı rəsmən təsdiqləməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər