Tramp jurnalistə əsəbiləşdi: “Niyə belə axmaq sual verirsiniz?”
ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı suala konkret cavab verməkdən yayınaraq jurnalistə sərt reaksiya göstərib.
TodayPress TV xəbər verir ki, “The New York Times” qəzetinin müxbiri Trampdan bu həftə İrana qarşı müharibəyə başlayıb-başlamayacaqlarını soruşub.
ABŞ lideri isə sualı “axmaq” adlandıraraq belə cavab verib:
“Fərz edək ki, başlayacağam. Bunu sizə niyə deməliyəm?”
Trampın cavabı ABŞ-nin İrana qarşı mümkün hərbi addımları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Kübra Musayeva