Zelenski Putinlə görüş üçün ölkə seçdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə belə bir görüşün keçirilməsini dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, dövlət başçıları nümayəndə heyətləri və texniki qrupların razılığa gələ bilmədiyi məsələləri birbaşa müzakirə edə bilərlər.
“Biz bu görüşü Türkiyədə keçirməyə hazırıq. Ərdoğanın Putinlə əlaqə kanallarının olduğunu bilirəm. Buna görə də Türkiyədə görüşün keçirilməsini dəstəkləyirik”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri qərarların qəbulunda birbaşa iştirak edən şəxs kimi Putinlə üz-üzə danışmaq istədiyini qeyd edib.
Kübra Musayeva